<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Günah içindəydim, mənə tövbə verdin İL442</title>
<lyrics>[V1]
 Günah içindəydim, mənə tövbə verdin,
 Xilas olmaq üçün mənə fürsət verdin.
 Səbrim tükənmişdi, mənə səbr verdin,
 Qaranlıqda idim, Sən nura gətirdin.

[C1]
   İnanıram Sözünə mən, ümid bəsləyirəm,
   Gəlişini gözləyirəm mən, Səni görəcəyəm.
   İnanıram gözəl İsam, inanıram, Xilaskarım,
   İnanıram gəlişinə mən, Səni görəcəyəm.

[V2]
 Günah içindəydim, Səni tanımırdım,
 Haqsızlıq edirdim, Haqqı anlamırdım.
 İmansızlıq edib Səni danırdım,
 Öz sevginə görə məni xilas etdin.

[V3]
 Ümidsiz idim, sonsuz ümid verdin,
 Əzab çəkirdim, məni azad etdin.
 Çox dərdli idim, məni sevindirdin,
 Ölümə layiqdim, mənə həyat verdin.

[V4]
 Köməksiz ikən köməyimə gəldin,
 Atılmış idim, tapıb məni sevdin.
 Çətin anlarımda qəlbimi gördün,
 Məni Sən qurtardın bütün dərdlərdən</lyrics>
<hymn_number>442</hymn_number>
</song>